Sərbəst informasiya

idarəedən aə idarəolunan sistemlər arasında münasibət. Yalnız inikas olunan situasiyada nəzərə çarpır. Bu tipli informasiyanın təhlili üçün statistik aparat və riyazi ehtimal nəzəriyyəsindən istifadə olunur.
Sənədlərin tərcüməsi (işgüzar, kommersiya və diplomatik)
Sərbəst situasiya
OBASTAN VİKİ
İnformasiya
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
Sərbəst atmosfer
== Sərbəst atmosfer == Sərbəst atmosfer-Yerin səth örtüyünün təsirindən kənarda, 1000 m hündürlükdən yuxarıda yerləşən atmosfer qatına deyilir.
Sərbəst bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Sərbəst dəmir
Sərbəst dəmir α — Fe — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalasıː nadir. Sərbəst dəmirin yaxın xassələrlə səciyyələnən tellurik – yer mənşəli (ferrit: adətən 2,9 at. %-dək Ni) və meteorit – kosmik mənşəli (kamasit: ~ 6,4 at. % Ni; tenit : 24 at. %-dən çox Ni) əmələ-gəlmələri ayrılır. == Xassələri == Rəng – poladı-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – poladı-boz, parıltılı; Parıltı – metallik; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,3 (ferrit) — 8,2 (tenit) ; Sərtlik – 4–5; Ayrılma – ferrit və kamasitdə {100} üzrə mükəmməl; Sınıqlar – tikanlı; Başqa xassələr – döyüləndir; güclü maqnitlik xassəsinə malikdir; tərkibində 30 %-dən çox Ni olduqda tenit maqnitlik xassəsini itirir; Morfologiya – XX: çox nadir hallarda: heksaedrik və oktaedrik; İ: {111} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar, qeyri-düzgün formalı aqreqatlar, pulçuqlar, lövhələr, dendritlər, meteorit mənşəli əmələgəlmələr üçün səciyyəvi olan vidman-ştett fiqurları, plessit – kamasit və tenitin incə qatışıqları. == Mənşəyi və yayılması == Tellurik dəmir ilkin maqmatik əmələgəlmə, yaxud dəmirli birləşmələrin reduksiya məhsulu hesab edilir. Mineralın kütləsi bir neçə tona, nadir hallarda 20 tona çatan ən iri yığınları bazaltlarda yerləşir. Onun tapıntıları serpentinləşmiş ultrabazitlərdə də qeyd olunmuşdur.
Sərbəst güləş
Sərbəst güləş — güləş növü. Sərbəst güləş,güləşin iki qolundan biridir.Olimpiya oyunlarında idman növləri arasında yer tutur.Qədim tarixi dövürlərdən bu yana xalqımızın ata idman növü hesab olunan güləş bu gündə gənclərimiz arasında sevilir.Sərbest güləşdə əsas məqsəd rəqibin belini tez bir zamanda döşəyə vurmaq hədəf götürülür.Yunan-Roma güləşindən fərqli olaraq,rəqibin ayaqlarından tutaraq fənd tətbiq etmək olar.Həmçinin güləşçi öz ayaqlarından da badalaq atmaq üçün və ya çarpaz fəndlər tədbiq etməklə xal əldə edə bilər.Güləş Olimpiya ailəsinə 1904 cü-ildə qəbul olunub.2004 cü-ildən etibarən isə,qadınlarında güləş üzrə Olimpiya oyunlarında iştiraklarına icazə verilib.İlk baxışdan klassik güləşməyə oxşayır. Lakin klassik güləşmədən fərqli olaraq sərbəst güləşmədə qarpız yemək, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşmədə də bəzi xalqların güləş fəndlərindən istıfadə edilir.
Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b. == Xassələri == Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr. == Mənşəyi və yayılması == Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.
Sərbəst kükürd
Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se) == Xassələri == Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b.
Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As) == Xassələri == Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.
Sərbəst platin
Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir. == Növ müxtəliflikləri == Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir. == Xassələri == Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr. == Mənşəyi və yayılması == Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır.
Sərbəst qızıl
Sərbəst qızıl – Au — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Elektrum (Ag > 20 %), kuproaurid (20%-dək Cu), porpetsit (5-11 % Pd və 4 %-dək Ag), bismutoaurid (4%-dək Bi), rodit (Rh), iraurid (İr), platinli qızıl. == Xassələri == Rəng – qızılı-sarıdan açıq-sarı (gümüşlə zəngin növ müxtəlifliklərində), xardalı-sarı və xardalı-qəhvəyiyədək (xardalı qızıl); Mineralın cizgisinin rəngi – qızılı-sarı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 15,5-19,3; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – tikanlı; Başqa xassələr – döyülən və uzanandır; yüksək elektrik və istilik keçiriciliyi ilə səciyyələnir; turşuya (çar arağı istisna olmaqla) davamlıdır; Morfologiya – kristallar: nadir hallarda rast gəlir: oktaedrik, pombododekaedrik, bəzən heksaedrik; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: qeyri-düzgün formalı dənələr, dendritlər, vərəqvari, sap şəkilli, məsaməli, tozaoxşar sönük parıltılı əmələgəlmələr (xardalı qızıl), kütləsi 150 kq və daha çox nəhəng külçələr. == Mənşəyi və yayılması == Qızılın hipogen əmələgəlmələri hidrotermal mənşəlidir. Qızıl filizi obyektlərinin əksəriyyəti turş intruziv süxurlarla genetik əlaqədar olan orta- və yüksəktemperaturlu plutonogen yataqlara aid edilir. Qızılın vulkanitlərlə paragenetik əlaqədar olan orta - və aşağıtemperaturlu vulkanogen yataqları da məlumdur. Filizlərdə, görünən qızılla yanaşı, çox vaxt müxtəlif sulfidlərdə, əsasən pirit və xalkopiritdə inçədispers halda yayılmış «bağlı» qızıl da qeyd edilir. Mineralın ekzogen əmələgəlmələrinə əsas etibarilə səpintilərdə rast gəlinir. Onlar filiz yataqlarının oksidləşmə zonalarında, bəzən qara qumlarda müşahidə olunur.
Sərbəst top
Sərbəst top — futbol topu. Bu top daha çox ucuz və keyfiyyətsiz olmasına görə məşhurlaşıb. Yağışlı havalarda futbolçuların faciəsinə çevrilir. Yaxşı tərəfi isə FİFA-nın onu pulsuz paylamasıdır.
Sərbəst vəzn
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir. == Sərbəst şeirin yaranması və inkişafı == Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Sərbəst şeir
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir. == Sərbəst şeirin yaranması və inkişafı == Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Sərbəst rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sərbəst rep
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
İnformasiya axtarışı
İnformasiya axtarışı— İnformasiya sisteminin başlıca vəzifəsi olub, sorğulara cavab verən informasiyanın axtarılıb — tapılması və istifadəçilərə çatdırılmasıdır. == Ümumi məlumat == İnformasiya axtarışı istifadəçinin sorğusuna uyğun cavabları özündə əks etdirən sənədlərin və ya həmin sənədlərin göstəricilərinin tapılması prosedurundan ibarətdir. Faktoqrafik informasiya sistemlərindlə istifadəçinin sorğusuna cavab kimi konkret faktlar (verilənlər) təqdim edilir, sənədli sistemlərdə isə informasiya axtarışı nəticəsində istifadəçiyə onun sorğusuna uyğun sənədlər verilir. Bəzən elə hallar olur ki, istifadəçiyə sənədlərin özü yox, onların göstəriciləri (saxlandıqları yer və ya şəbəkə ünvanı (URL) təqdim edilir. İstənilən sənədli və faktoqrafik sistemlərdə informasiya axtarışı, istifadəçinin informasiyaya olan tələbatlarını ödəmək üçün verdiyi sorğu əsasında aparılır. Bu münasibətlərin istifadə edilməsi üçün İAS-nin nəzəriyyəsinə iki fundamental axtarış daxil edilmişdir. Onlar pertinentlik və relevantlıqdır. Pertinentlik dedikdə sənədin məzmununun istifadəçinin informasiya tələbatına uyğunluğu başa düşülür. İnformasiya tələbatını ödəyən sənədlərə pertinent sənədlər deyilir. Relevantlıq sənədin məzmununun informasiya sorğusuna uyğunluğunun göstəricisidir.
İnformasiya boşalması
İnformasiya boşalması (ing. underflowing) – iki qurğu, yaxud proses arasında informasiya mübadiləsi zamanı buferə verilənlərin daxilolma sürətinin, onların oradan oxunma sürətindən az olması nəticəsində yaranan hal. Məsələn, CD-R və ya DVD-R diskinə informasiyanın yazılışı zamanı qurğu bütün yazma prosesi boyunca eyni bir sürətlə fırlanmalıdır. Əgər kompüter hər hansı səbəbdən (şəbəkədə olan problem, yaxud verilənlərin götürüldüyü qurğunun yavaş sürətli olması səbəbindən) verilənləri qurğuya tələb olunan sürətlə çatdıra bilmirsə, onda buferin boşalması baş verir və nəticədə diskin yazılışı uğurlu olmur. Bunun aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar: hazırda çalışan başqa proqramlar olub-olmamasına əmin olmaq, yazılışı aşağı sürətlə aparmaq, kompüteri müvəqqəti olaraq şəbəkədən ayırmaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya bərabərsizliyi
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik (en. Digital divide, ru. Информационное неравенство) Cəmiyyətin gəlir səviyyəsi, ailənin tərkibi, təhsilin səviyyəsi və s. görə parçalanaraq son nəticədə vətəndaşların müəyyən hissəsinin İnternet şəbəkəsindəki informasiyaya müraciətinin çətinliyi nəzərdə tutulur. Elm, mədəniyyət, təhsil, tibb və digər sahələrdə informasiyaya çıxışın səviyyəsinə görə əhalinin müxtəlif sosial qruplarında İKT-dən istifadəsində yaranan fərqlilikdir. İKT-dən istifadə edilməsi imkanlarının müxtəlifliyindən yaranan sosial təbəqələşmənin yeni növüdür. İnformasiya strukturlarının, vasitələrinin və proseslərinin müqəddəratlarını, onların vətəndaşlar arasında vətəndaş hüququ və maddi rifah məsələlərində qeyri-bərabər paylanması ilə əlaqələndirən tərəfdarlar üçün xarakterik olan konsepsiyadır. İnformasiya bərabərsizliyinin sinonimi kimi rəqəmsal partlayış, informasiya və ya rəqəmsal parçalanma, rəqəmsal və ya elektron uçurum və digər ifadələrdən istifadə edilir.
İnformasiya cəmiyyəti
İnformasiya cəmiyyəti — əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyət. İnformasiya cəmiyyəti IC postsənaye cəmiyyətinin bir konsepsiyasıdır. Bu, istehsalatın əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiyanın inkişafının yeni tarixi fazasıdır. İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır. İC-nin fərqləndirici cəhəti: Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması; daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması; insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılmasıır. == İC-nin xarakterik xüsusiyyətləri == Mənbə: informasiya böhranı aradan qalxır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyyət həll olunur; informasiyanın başqa resurslardan üstünlüyü təmin edilmiş olur; bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır; informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır; informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir; inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır; İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı reallaşır; təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsi artır;İC-nin də xarakterik xüsusiyyətləri ilə yanaşı təhlükəli meylləri vardır. Bunları aşağıdakı kimi vermək olar: cəmiyyətə kütləvi informasiya vasitələrinin təsiri artır; informasiya texnologiyaları təşkilatların və insanların şəxsi həyatına dağıdıcı təsirlər edə bilər; informasiya bolluğunda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır; insanların böyük əksəriyyətində yeni cəmiyyətə uyğunlaşmaq çətinliklər yaradır.
İnformasiya direktoru
İnformasiya direktoru – təşkilatın aşağıdakılar üçün məsul rəsmi şəxsi: İnformaiya texnologiyalarının əldə edilməsinin və informasiya resurslarının idarə edilməsinin qanunvericiliyə, sərəncamlara, göstərişlərə, siyasətlərə, qaydalara və rəhbərliyin müəyyən etdiyi prioritetlərə uyğun tərzdə həyata keçirilməsini təmin etmək üçün təşkilatın icra rəhbərliyinə və digər yuxarı idarəetmə heyətinə məsləhət və digər köməyin təmin edilməsi; Təşkilat üçün nöqsansız və inteqrativ informasiya texnologiyaları arxitekturasının işlənməsi, gerçəkləşdirilməsi, saxlanması və inkişaf etdirilməsi; İş proseslərinin təkmilləşdirilməsi də daxil olmaqla təşkilat üçün bütün əsas informasiya resurslarının idarə edilməsi proseslərinin effektiv və səmərəli layihə və istismarını təkmilləşdirmək. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
İnformasiya elmi
İnformasiya elmi (ing. İnformation science) ― informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası gənc elm sahəsidir. "İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir. == Məzmunu və yanaşması == İnformasiya elmi maraqlı tərəflər nöqteyi-nəzərindən məlumatı başa düşməyə və sonra lazım olduqda informasiya və digər texnologiyaların tətbiqinə yönəlib. Başqa sözlə desək, bu elm o sistem daxilində ayrı-ayrı texnologiya parçalarını deyil, sistemli problemləri həll edir. Bu baxımdan, informasiya elminin texnoloji determinizmə, texnologiyaların “öz imkanlarını reallaşdıran, yalnız maddi resurslar və tərtibatçıların yaradıcılığı ilə məhdudlaşan öz qanunlarına uyğun təkamül etdiyi” inamına cavab olduğunu görmək olar. Buna görə də, onlar müstəqil idarəetmə sistemi kimi qəbul edilməlidir və nəticədə cəmiyyətin bütün digər alt sistemlərinə nüfuz etməlidir." == Ümumi məlumat == İnformasiya elminin formalaşmasına təkan verən əsas səbəb amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing. Information Scientist) terminini istifadə etmişdir."İnformasiya" termini "informatio" sözündən yaranmışdır.
İnformasiya fəlsəfəsi
İnformasiya fəlsəfəsi — məlumat anlayışını öyrənən fəlsəfənin bir qolu. İnformasiya fəlsəfəsi həm mövzunun tarixi aspektləri, həm də sistemləşdirmə ilə məşğul olur. Fəlsəfənin bu qolu 20-ci əsrin sonlarında formalaşmışdır; adı 1990-cı illərdə L. Floridi tərəfindən təqdim edilmişdir. İnformasiya fəlsəfəsi məlumatın təbiətinin və əsaslarının, o cümlədən onun dinamikasının, istifadəsinin və elmi tədqiqinin öyrənilməsi və informasiya nəzəriyyəsinin və hesablama metodlarının işlənib hazırlanması və fəlsəfi problemlərə tətbiqi ilə məşğul olan fəlsəfənin bir sahəsidir. == Hekayə == Erkən inkişaf, Floridinin 1930-cu illərdə Türinqin işinə gedib çıxan "süni intellekt fəlsəfəsi" idi. Artıq 1964-cü ildə bu mövzuda mindən çox məqalə var idi.Floridi informasiya fəlsəfəsinin mənşəyini A. Slomanın (ing.) rus əsərində izləyir. 1978-ci ildə nəşr olunan "Fəlsəfədə kompüter inqilabı". Sloman belə bir fikir irəli sürdü: bir neçə il ərzində süni intellektlə bağlı əsərlərlə tanış olmayan filosoflar özlərini peşəkarcasına səriştəsiz tapacaqlar; süni intellektlə bağlı əsərlərlə tanış olmadan ağıl, qnoseologiya, estetika, elm fəlsəfəsi, dil fəlsəfəsi, etika fənlərinin tədrisi fizikləri kvant mexanikası ilə tanış etmədən öyrətməyə bənzəyəcək. Floridi 1992-ci ildə "hesablama dönüşü"ndən danışan Lesli Burkholderin işini də vurğulayır: informatika elminin praktiki inkişafı təkcə təbiət elminin deyil, həm də metodların geniş dəyişməsinə səbəb olmalı idi. həm də fəlsəfə.1980-ci illərin ortalarında fəlsəfi ictimaiyyət "kompüterlər və fəlsəfənin" fənlərarası ezoterik mövzu deyil, hörmətli bir tədqiqat sahəsi olduğunu qəbul etdi.
İnformasiya magistralı
İnformasiya magistralı (ing. Infobahn (information bahn), rus. информационная магистраль, türk. bilgi yolu) – “information superhighway” üçün qısaltma. Alman dilindəki sürətli avtomagistralların adından (autobahn) götürülüb. 1990-cı illərdə populyar olan termin. Kompüter texnologiyaları və siqnalları mövcud modemli onlayn sistemlərdən dəfələrlə çox sürətlə buraxa bilən optik-lif rabitə xətləri bazasında olan rəqəmsal ikitərəfli rabitə vasitəsini bildirir. İnformasiyanın belə rabitə magistralı ilə ötürülməsi tamamilə yeni imkanlar açır. Məsələn, interaktiv televiziyanın yaradılmasında: tamaşaçı minlərlə hazır proqramın, filmin və verilişin arasından seçim edə bilər, yeni verilişlərin hazırlanmasında və translyasiya olunmasında aktiv iştirak edə bilər – sərbəst olaraq bir videokameradan başqasına keçə bilər, yaxud kameranı lazım olan istiqamətə dönməyə məcbur edə bilər. Hesab edilir ki, bu sistem televiziyanı əvəz edəcək, həm də eyni zamanda videotelefon və telestudiya olacaq.
İnformasiya menecmenti
İnformasiya menecmenti – XX əsrin 70-ci illərində meydana gələn informasiyanın idarəolunması və bölüşdürülməsini təmin edən menecmentin xüsusi sahəsidir. == Menecmentdə informasiya anlayışı == İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq. İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə: texniki, sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər informasiya növlərini fərqləndirmək olar. Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqin ümumi xüsusiyyətləri də bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa üzvlərinə çatdıra bilsinlər.
İnformasiya müharibələri
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
глупёшенький завери́тель ла́ун-те́ннис ОМО́Новский приве́шиваться промётывать пропада́ние свиново́дческий борде́ль бу́ер лентови́дный нажра́ть ненападе́ние обсле́довательский разноречи́во сыз... тата carpus falter paranymph porte-cochère step down tribute unhandled надарить